Logo

İTV-nin baş direktoru vəzifəsinə seçkilər keçirilib

24.05.2022 11:38 326 baxış
IMG

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilər keçirilib.

Tehsil.biz xəbər verir ki, seçkilər Audiovizual Şuranın inzibati binasında baş tutub.

Seçkilər "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq keçirilib.

Səsvermənin yekun nəticələrinə əsasən, Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib. Belə ki, Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib.

Xəbər lenti