Logo

İngilis dili fənni üzrə hazırlıq kursunun növbəti məşğələsi keçirilib

24.05.2022 10:21 209 baxış
IMG

23 may 2022-ci il tarixində DİM-də ingilis dili fənni üzrə buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ilk mərhələsinin beşinci məşğələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, hazırlıq kursu DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn formada keçirilib. Kursda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və magistrlər iştirak ediblər.

Moderator – Nərminə Əliyeva buraxılış imtahanlarında istifadə edilən cavabı yazı ilə ifadə olunan tapşırıqların meyarlarının hazırlanması və yoxlanılması barədə təqdimat edib. Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Beləliklə, hazırlıq kursunun birinci mərhələsi başa çatıb. Növbəti mərhələdə kurs iştirakçıları tərəfindən hazırlanan yazı işlərinin müzakirəsinə başlanılacaq.

Xəbər lenti