Logo

Beniluks Azərbaycanlıları Konqresinin sədr müavininin əsərləri beynəlxalq sərgidə - FOTOLAR

24.05.2022 09:35 121 baxış
IMG

Niderland Krallığının Ulft şəhərində “Huntenkunst” adlı beynəlxalq incəsənət sərgisi keçirilib.

Tehsil.biz xəbər verir ki, 20-22 may tarixində baş tutan sərgidə 30 ölkədən 250 rəssamın müxtəlif janr və səpkidə yaratdığı müasir təsviri sənət əsərləri nümayiş etdirilib. Onların arasında Beniluks Azərbaycanlıları Konqresinin sədr müavini, tanınmış rəssam Rasim Hüseynovun əsərləri də olub.

Benilüks Azərbaycanlıları Konqresinin üzvləri sərgini ziyarət edərək, Rasim Hüseynova mənəvi dəstəklərini göstəriblər. Hər bir əsərində Azərbaycan ruhunu əks etdirən soydaşımız sərgi iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, hər il təşkil olunan “Huntenkunst” sərgisi bu dəfə də sənətsevərlərin böyük marağına səbəb olub.

Xəbər lenti