Logo

Murad Dadaşov “Xəzər TV”də təcrübə keçən tələbələrlə görüşüb - FOTOLAR

24.05.2022 09:12 424 baxış
IMG

“Xəzər Media Mərkəzi”nin Baş direktoru Murad Dadaşov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin istehsalat təcrübəsində iştirak edən bir qrup tələbəsi ilə görüşüb.

Tehsil.biz Xezerxeber.az-a istinadən xəbər verir ki, görüş zamanı Murad Dadaşov gəncləri təcrübə müddətini uğurla başa vurduqları üçün təbrik edib.

Televiziya və radioda özünü uğurlu sayan, gələcəyini bu sahə ilə bağlamaq istəyən tələbələri “Xəzər Media Mərkəzi”ndə görməyə çox şad olduğunu bildirən Murad Dadaşov, onlara iş təcrübələri üçün şərait yaradılacağını vurğulayıb.

Tələbələr isə onlara yaradılan əlverişli şəraitə və diqqətə görə “Xəzər Media Mərkəzi”nin rəhbərliyinə və kollektivinə minnətdarlıqlarını bildiriblər. Onların arasında Murad Dadaşovun iş imkanı ilə bağlı olan təklifini maraqla qarşılayanlar da olub. 

Xatırladaq ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri cari ilin fevral ayından etibarən “Xəzər Media Mərkəzi”ndə istehsalat təcrübəsi keçiblər. Baş direktorun müşaviri Teymur Məmmədovun rəhbərliyi ilə keçən təcrübə müddətində onlar həm “Xəzər” Televiziyası, həm də  “Xəzər FM” və “Araz FM” radiolarında müxtəlif proseslərin gedişatında iştirak etmək imkanı əldə ediblər. Təcrübəçilər “Xəzər TV”nin tanınmış simalarından, xəbər aparıcılarından, prodüser, ssenari müəllifləri  və redaktorlardan peşəkarlıqla bağlı təlimlər alıblar. Tələbələr texniki işlərlə, eləcə də montaj və  çəkiliş prosesi ilə də yaxından tanış olublar. 

Tədbirin sonunda “Xəzər Media Mərkəzi”nin Baş direktoru Murad Dadaşov tələbələrlə xatirə fotosu çəkdirib.

Xəbər lenti