Logo

Bu kənddə məktəb çatışmır, sakinlər çətinlik çəkirlər - VİDEO

23.05.2022 23:02 147 baxış
IMG

Abşeron rayonu, Məmmədli kəndində məktəb çatışmazlığı var.

"Tehsil.biz"in Xezerxeber.az-a istinadən məlumatına görə, 700-dən çox ailənin yaşadığı ünvanda məktəb yoxdur. Uşaqlar məcburən yaxınlıqda olan digər məktəblərə gedirlər.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, Məmmədli kəndində övladlarının təhsil almaları üçün şərait yoxdur.

Abşeron rayon İcra Hakimiyyəti başçısının Məmmədli kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Elmar Abbasov "Xəzər Xəbər"ə müsahibəsində bildirib ki, 3 min hektar ərazisi olan və 20 mindən çox əhalinin yaşadığı kənddə yalnız bir tam orta məktəb var. Onun sözlərinə görə, mövcud məktəb əhalinin sayına adekvat deyil.

Sakinlər həm məsafə baxımından, həm də marşrurt sarıdan əziyyət çəkir. Məhz bunları nəzərə alaraq, aidiyyəti qurumlara müraciət ünvanlanıb.

Məsələyə Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən də münasibət bildirilib. Qeyd olunub ki, hazırda Məmmədli kənd tam orta məktəbində 2700-dən çox şagird təhsil alır. Əhali sayının artması və yaşayış sahəsinin böyüməsi ilə əlaqədar olaraq, kənd ərazisində yeni məktəb binasının tikintisinə ehtiyac yaranıb. Region ərazisində yaşayan şagirdlər üçün təhsilin əlçatan olması idarə rəhbərliyinin gündəmində olan məsələdir və kənddə yeni məktəbin inşa olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq müraciət ünvanlanıb.

Xəbər lenti