Logo

BAU-da Əlyazmalar İnstitutunun əməkdaşları ilə görüş keçirilib

23.05.2022 21:41 311 baxış
IMG

23 may 2022-ci ildə Bkı Avrasiya Universitetində (BAU) Şuşa ili tədbirləri çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları fil.ü.f.d.,dos. Nəzakət Məmmədli və Gülər Əmirəhmədova ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Gülər Əmirəhmədova Şuşalı şair Sağəri Qarabaği və onun türkcə divanı haqqında məlumat verib. Sağəri Qarabağinin həmin əsərini çapa hazırlayıb nəşr etdirən Gülər Əmirəhmədova divanın quruluşu xüsusiyyətlərini də tələbələrin nəzərinə çatdırdı. Şuşalı şairin qəzəllərindən nümunələr səsləndirildi və təhlil aparılıb.

Fil.ü.f.d.,dos. Nəzakət Məmmədli Qarabağ ədəbi mühitinin görkəmli mütəsəvviflərindən olan Mir Həmzə Seyid Nigarinin tərcümeyi-halı və Qarabağ ədəbi mühitində yeri haqqında bilgilər verib.

Mövlana Cəlaləddin Rumi və Seyid Nigari yaradıcılığı müqayisə edilib və təsəvvüfi şərhlər verib.

Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.
Rəşki-mişk ənbər imiş buyi-qubari-Qarabağ,
Abi-heyvan imiş ənhari-bukari-Qarabağ.
Nəzakət Məmmədli Nigarinin türkcə divanında Qarabağ mövzusuna xüsusi olaraq yer ayırdı.

Xəbər lenti