Logo

Şəhid məzun Ceyhun Şalıyevin ailəsi ziyarət edilib - FOTO

23.05.2022 20:16 434 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin əməkdaşları fakültənin şəhid məzunu Ceyhun Şalıyevin doğum günü münasibətilə onun ailəsini ziyarət ediblər.

Tehsil.biz xəbər verir ki, Hüquq fakültəsinin dekanı Zaur Əliyev, dekan müavini Aytəkin İbrahimova, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, şəhidin qrup yoldaşları və tələbələr Ceyhun Şaliyevin valideynləri ilə görüşüblər.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış edərək, Ceyhunun valideynlərinə mərd, cəsur oğul böyütdükləri üçün öz minnətdarlığını bildirib, bütün Azərbaycan xalqının onunla fəxr etdiyini qeyd edib. Fakültə əməkdaşları Ceyhun Şalıyevin barelyefi  qarşısına əkili qoyub, ruhu qarşısında baş əyiblər. Barelyef qarşısında Müdafiə Nazirliyinin orkestri tərəfindən Dövlət himni səsləndirilib.

Daha sonra fakültə əməkdaşları və Ceyhun Şalıyevin ailə üzvləri Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Xəbər lenti