Logo

UNEC tələbələri Azərbaycan Biznes Keys Müsabiqəsinin qalibi olublar

23.05.2022 17:31 290 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Azərbaycan Biznes Keys Müsabiqəsinin (Azerbaijan Business Case Competition) qalibi olublar.

UNEC-dən bildirilib ki, yarışın final mərhələsində Beynəlxalq İqtisadiyyat Məktəbinin IV kurs tələbələri Turqay Nəsirli, Nizgan Cəbiyeva, Arif Mirzəyev və Vüsalə İslamova rəqiblərindən yüksək nəticə göstərərək 1-ci yerə çıxıblar.

Beynəlxalq İqtisadiyyat Məktəbinin 4-cü kursunda təhsil alan Banuçiçək Qurbanova, Rəsul Əliyev, Cavanşir Qafarov, Nüşabə Məmmədova isə yarışmada 2-ci yerə layiq görülüblər.

Müsabiqənin nəticələrinə əsasən birinci yeri tutan komanda 6000 manat, ikinci yeri tutan komanda isə 3000 manat dəyərində pul mükafatı qazanıb.

Xəbər lenti