Logo

Deputat Etibar Əliyev: "Şuşa bizim doğma şəhərimizdir"

23.05.2022 15:20 492 baxış
IMG

"Şuşa haqqında saatlarla danışıb, yeni kitablar yazmaq olar".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

Millət vəkili bildirib ki, barbarlar şəhəri fiziki cəhətdən məhv etməyə çalışsalar da, ruhunu zədələyə bilməyiblər: "Çünki burda doğulmuş və yaşamış dahilərin ruhu, xalqımızın Şuşa sevgisi buna imkan verməyib. Şuşada olarkən bir məsələni də dərk etdim. Ümummilli liderimiz Heydər Əliyev 1982-ci ilin yanvar ayında qar, çovğun olan bir gündə Vaqifin Məqbərəsinin açılışında Şuşaya gedib. Bu o deməkdir ki, müqəddəs şəhərin yazı, yayı, payızı və qışı bizim özümüzün təbiətidir. Burada günəş şüasından və şaxtadan qorxmamışıq. Allah bizi və bu şəhəri belə yaradıb. Ermənilər nə ediblərsə, heç nə  Şuşanın obrazını dəyişməyib. Dəyişə də bilməz, bura bizim doğma şəhərimizdir, mədəniyyətimizin paytaxtıdır, ruhumuzdur".

Etibar Əliyev qeyd edib ki, bu əziz şəhər haqqında Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi kimi nəhənglər əsərlər yazıblar: "Şuşanı bu əsərlər vasitəsilə duymuşuq, unutmamışıq. Ən böyük əsər isə Müzəffər Ali baş Komandanın “Dəmir yumruğu” və atası unudulmaz Heydər Əliyevin vəsiyyətini yerinə yetirməsidir. Qəflətən Fateh Sultan Mehmedin möhtəşəm bir ifadəsi yadıma düşdü: “Mənim bu dünyada bircə arzum var, Konstantinapolu mənə verin".

Xəbər lenti