Logo

Ekspert DİM-in əməlini qanunsuz, nazirliyi isə məsuliyyətsiz hesab etdi - GİLEY

23.05.2022 14:53 1779 baxış
IMG

Dövlət İmtaha Mərkəzi məlumat yayıb ki, imtahanlara mobil telefon gətirərək imtahan qaydalarını pozan abituriyentlərin növbəti imtahanda iştirakı da məhdudlaşdırılacaq.

Tehsil.biz xəbər verir ki, təhsil üzrə ekspert Kamran Əsədov məsələyə münasibət bildirib.

Ekspert DİM-in bu qərarını qanunsuz hesab etdiyini qeyd edib: "Hörmətli DİM, bu qərar nəyə əsasən qəbu olunub? Deyəsən imtahan qaydalarını kefinizcə dəyişməyə vərdiş etdiniz. Xarici İşlər Nazirliyinə keçirilən imtahanda bunu etdiniz, hələ də məhkəmə davam edir, səhviniz artıq isbat oluunur. Yüksəliş müsabiqəsi ilə bağlı 1 dənə ekspertinizi qabağıma çıxara bilməmisiniz hələ. Hörmətli DİM, sizin bu imtahanda qayda pozduğuna görə, həmin abituriyentləri növbəti imtahana da buraxmamaq ixtiyarınız, hüququnuz yoxdur".

Kamran Əsədovun sözlərinə görə, qəbul qaydalarında qeyd olunur ki, abituriyentin bu qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir: "Yəni həmin imtahan nəticəsi ləğv edilməlidir, daha növbəti imtahana buraxılması üçün məhdudiyyət yoxdur.  Bundan başqa, mövcud qanunvericilik və qoşulduğumuz konvensiyalarda cəzanın təyin edilməsi təcrübəsi var. İnsan yalnız törətdiyi əmələ görə bir dəfə cəzalanır. Bunlar 16-17 yaşlı uşaqlardır. Bəli, səhv ediblər. Lakin bu o demək deyil ki, onlaırn təhsilalma hüquqları tam şəkildə məhdudlaşdırılmalıdır.  Ona görə də DİM-in dünən açıqladığı qayda pozan abituriyentlərin ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq ifadəsi yanlışdır. Amma maraqlıdır ki, nə Təhsil Nazirliyi yanında İctimai Şura, nə Təhsil Nazirliyi şagirdlərin taleyi, müqəddəratı ilə bağlı məsələlərə münasibət bildirir".

Fəqan Əzimli

Xəbər lenti