Logo

"Python proqramlaşdırma dilində proqramın yazılması və yazılmış proqramın təhlili"

23.05.2022 14:11 88 baxış
IMG

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Tehsil.biz xəbər verir ki, növbəti vebinar 24 may tarixində saat 17:00-da informatika fənni üzrə “Python proqramlaşdırma dilində proqramın yazılması və yazılmış proqramın təhlili” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində ADPU-nun doktorantı, 20 nömrəli məktəb-liseyin informatika müəllimi Aysel Fətəliyeva çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Xəbər lenti