Logo

AMEA-nın 41 yaşlı alimi intihar edib? - YENİLƏNİB

23.05.2022 13:49 572 baxış
IMG

Xəbər verdiyimiz kimi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərli vəfat edib.

41 yaşlı alimin ötən gecə yaşadığı Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsindəki mənzildə dərman həbləri içərək həyatına son qoyması ilə bağlı iddialar səsləndirilsə də, E.İsgəndərlinin dostları "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildirib ki, o, intihar etməyib.

Bir müddətdir, müalicə olunan E.İsgəndərli təzyiqi ilə bağlı həmin dərmanları qəbul edib.

Daha sonra onun halı pisləşdiyindən təcili tibbi yardıma müraciət edilib.

12:26

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərlinin intihar etdiyi üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 41 yaşlı alim ötən gecə yaşadığı Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsindəki mənzildə dərman həbləri içərək həyatına son qoyub. 

Hadisə yerinə baxış keçirilərkən onun yanında 4 qutu boş antidepressant aşkar edilib. Məlum olub ki, Emil İsgəndərli qutulardakı dərmanların hamısını qəbul edərək intihar edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

11:16

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərli vəfat edib.

Tehsil.biz xəbər verir ki, o, 41 yaşında qəfildən dünyasını dəyişib.

Qeyd edək ki, Əhəmənilər dövrü arxeologiyası üzrə mütəxəssis Emil İsgəndərli Bakı Dövlət Universitetini bitirib.

Xəbər lenti