Logo

ADU-da "İnklüziv təhsilin təşkili" mövzusunda təlim keçirilib

23.05.2022 13:32 115 baxış
IMG

Azərbaycan Dillər Universitetində universitetin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin əməkdaşları tərəfindən bakalavriat və magistratura səviyyələrinin son kurs tələbələrinə "İnklüziv təhsilin təşkili" mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, yekun olaraq təlimi müvəffəqiyyətlə bitirən tələbələr ADU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov, Pedaqogika kafedrasının müdiri dosent Nigar Zeynalova, Magistratura şöbəsinin dekanı, dosent Firuzə Rzayeva, Təhsil 1 fakültəsinin dekanı Fikrət Cahangirov, Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev, Əlavə təhsil və pedaqoji təcrübə şöbəsinin müdiri Məmməd İsmayılov tərəfindən sertifikatla təltif olunublar.

Qeyd edək ki, təlimin başlıca məqsədi “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin reallaşdırılmasına dəstək göstərməkdən ibarətdir. 

Belə silsilə təlimlərin davamlı şəkildə keçirilməsi də nəzərdə tutulub.

Xəbər lenti