Logo

BDU-nun Coğrafiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində olublar

23.05.2022 10:19 143 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin tələbələri Quba rayonunda çöl-tədris təcrübəsində olublar.

Tehsil.biz xəbər verir ki, onlar BDU-nun Quba Tədris-təcrübə və istirahət Mərkəzində ərazinin fiziki-coğrafi, iqtisadi-coğrafi, hidrometeoroloji, turizm-rekreasiya göstəriciləri, təsərrüfat sahələri ilə tanış olub, əhalisi barədə məlumat alıblar .

Fakültə dekanı Şəkər Məmmədova, Polşanın Pozna Universitetinin professoru Sezari Mondini , eləcə də təcrübə rəhbərləri - professor Çingiz İsmayılov, dosent Saleh Nağıyev, dosent Elxan Nuriyev, coğrafiya üzrə fəlsəfə doktoru Səbuhi Talıbov ərazinin  landşaftı, su hövzələri, torpaq-bitki örtüyü, eləcə də turizm-rekreasiya ehtiyatları haqqında tələbələri məlumatlandırıblar.

Fakültənin tələbələri ilə birlikdə ayrı-ayrı ixtisaslaşmalar üzrə ərazinin təbii şəraitinin qiymətləndirilməsi aparılıb.

Xəbər lenti