Logo

2022 və 2023-cü il üzrə keçiriləcək SAT imtahanlarının tarixləri məlum olub

23.05.2022 09:45 849 baxış
IMG

2022-ci ilin ikinci yarısı və 2023-cü ilin birinci yarımilində Dövlət İmtahan Mərkəzində (DİM) keçiriləcək SAT imtahanlarının tarixləri məlum olub.

SAT imtahanları ABŞ-ın ETS (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) təşkilatının dəstəyi ilə College Board (Ali təhsilə qəbul Şurası) tərəfindən hazırlanır və dünyanın müxtəlif ölkələrində olan test mərkəzlərində keçirilir.

İmtahan tarixləri:

 

  • 27 avqust 2022-ci il
  • 1 oktyabr 2022-ci il
  • 3 dekabr 2022-ci il
  • 11 mart 2023-cü il (kompüter əsaslı)
  • 6 may 2023-cü il (kompüter əsaslı)
  • 3 iyun 2023-cü il (kompüter əsaslı)

 

Qeyd edək ki, 2023-cü ildən etibarən SAT imtahanları kağız daşıyıcılar deyil, kompüter vasitəsilə keçiriləcək.

İmtahan tarixləri DİM-in saytının “Təqvim” bölməsinə əlavə olunur. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur.

SAT ilə yanaşı DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı keçiddən məlumat əldə edə bilərsiniz.

Xəbər lenti