Logo

"İbtidaidən Aliyə" layihəsinə start verilib - FOTOLAR

23.05.2022 09:03 177 baxış
IMG

Bakı Slavyan Universitetində (BSU) Bakı şəhəri 44 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, eyni zamanda, yeni təşəbbüsləri özündə cəmləyən İIbtidaidən Aliyə" layihəsinin rəhbəri Təranə Nuriyeva BSU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi Günel Qurbanova ilə sözügedən layihənin icrasına başlayıblar.

Tehsil.biz xəbər verir ki, layihədə əsas məqsəd Universitetin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat ixtisasında təhsil alan 1-ci kurs tələbələri ilə Bakı şəhəri 44 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdlərinin eyni mühitdə öyrənmələrini təmin etmək idi.

Belə ki, əsas məqsəd təhsildə yeni öyrənmə mühitləri formalaşdırmaq, vaxta qənaət edərək daha çox informasiya əldə etmək idi. Dərs prosesi zamanı şagirdlər və tələbələr qruplara bölünərək iş vərəqlərində verilən tapşırıqları yerinə yetirməyə çalışıblar. Həm universitet, həm də orta məktəb proqramına uyğun keçilən dərs həm şagirdlər, həm tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

"Sinonim, omonim, antonim və çoxmənalı sözlər" mövzusunun təqdimatı ilə başlayan dərs interaktiv üsulla hazırlanmış tapşırıqla davam etdirilib.

Layihənin ekspert - psixoloqu Səmra Bağıyeva keçilən dərs prosesini yüksək qiymətləndirib və gələcəkdə bu kimi layihələrin davamlı olmasının vacibliyini vurğulayıb.

Dərs prosesi zamanı tələbələr şagirdlərə dəstək olublar, verilmiş tapşırıqlara və suallara hərtərəfli izahlar veriblər.

Bu layihənin icrasında BSU-nun yardımcı olması və istiqamət verməsi yüksək qiymətləndirilib. Gələcəkdə bu kimi layihələrin icrasının geniş vüsət alması qərara alınıb.

Xəbər lenti