Logo

Bu abituriyentlərin ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq

22.05.2022 17:20 327 baxış
IMG

"Abituriyentlər imtahana gələrkən onların sənədləri tam qaydasında olmalıdır".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi canlı yayımda Metodiki təminat və təlimlər şöbəsinin müdiri Adıgözəl Həbibov bildirib.

O qeyd edib ki, imtahan binasına qadağan edilmiş əşyalar gətirməməyi tövsiyə edirik:

"İmtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda yaxınlaşmaq lazımdır".

Şöbə müdiri iki gün ərzində 13 abituriyentdə mobil telefon aşkarlandığını, onların ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacağını da vurğulayıb.

Xəbər lenti