Logo

DİM: "İki gün ərzində 13 nəfər imtahan binasına mobil telefon gətirib"

22.05.2022 16:28 131 baxış
IMG

“İki gün ərzində keçirilən imtahanlarda 40 mindən çox yaxın abituriyent iştirak edib".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi canlı yayımda Metodiki təminat və təlimlər şöbəsinin müdiri Adıgözəl Həbibov deyib.

O, bildirib ki, imtahanlar 17 rayonda 187 imtahan binasında təşkil edilib:

"Buraxılış rejimində abituriyentlərin təqdim etdikləri sənədlərdə çatışmazlıqlar olur. İki gün ərzində imtahan binasına mobil telefon gətirmiş 13 nəfər müəyyən olundu. Onların imtahan nəticələri ləğv edildi. Onların ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq”.

Xəbər lenti