Logo

Qəbul imtahanları cavablarının elan olunacağı tarix açıqlanıb

22.05.2022 15:28 143 baxış
IMG

Xəbər verdiyimiz kimi, bu gün DİM tərəfindən II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Tehsil.biz xəbər verir ki, mayın 23-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xəbər lenti