Logo

"Şuşa İli"nə həsr olunmuş regional məktəb çempionatının zona mərhələsi keçirilib

21.05.2022 20:40 311 baxış
IMG

Məktəblilərin intellektual və yaradıcı inkişafına dəstək verilməsi, şagirdlərin intellektual yarışlara daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş "Şuşa İli"nə həsr həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatının zona mərhələsi başa çatıb. 

Tehsil.biz xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əhatə etdiyi rayon komandaları arasında keçirilən regional məktəb çempionatının zona mərhələsinin nəticələrinə əsasən, Zaqatala rayonunun komandası yarışın qalibi olub.

Xəbər lenti