Logo

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

21.05.2022 16:22 240 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib.

Tehsil.biz xəbər verir ki, imtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

İmtahanda 1 əcnəbi olmaqla 20 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

Növbəti TOEFL iBT imtahanının 4 iyun 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür:http://dim.gov.az/activities/exams/toefl/

 

Xəbər lenti