Logo

İran İslam Respublikasının Azərbaycandakı Səlahiyyətli səfiri ATU rektorunun qonağı olub

21.05.2022 13:12 127 baxış
IMG

Bu gün İran İslam Respublikasının Azərbaycandakı Səlahiyyətli səfiri Azərbaycan Tibb Universitetinin (ATU) rektorunun qonağı olub.

Tehsil.biz xəbər verir ki, görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetə xarici tələbələrin qəbul qaydalarından, onların təhsili üçün yaradılan şəraitdən danışıb.

Rektor G.Gəraybəyli onu da bildirib ki, ATU istər İran universitetləri ilə əlaqələrdə, istərsə də səhiyyə sisteminin inkişafı, həkimlərin təcrübə mübadiləsi istiqamətlrində daim İranla sıx əməkdaşlıq edib.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyed Abbas Musəvi öz ölkəsindən olan tələbələrin ATU-dakı təhsil səviyyəsi və yaşayış üçün yaradılmış şəraitdən razı olduqlarını bildirib.

O, ATU-da təhsil alan iranlı tələbələrlə mütəmadi görüşdüyünü də qeyd edib. Cənab səfir ikili diplomların tanınması ilə  bağlı prosedurlarla da razı olub.

Görüşdə ATU-nun xüsusi işlər üzrə prorektoru Nizami, Xarici tələbələrlə iş üzrə dekan müavini Niyazi Hacızadə, mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Mədəniyyət mərkəzinin rəhbəri cənab Purmərcan iştirak ediblər.

Xəbər lenti