Logo

ARTİ BDU-nun "SABAH Magistratura" tələbələri üçün təlim təşkil edib

21.05.2022 11:01 402 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən Bakı Dövlət Universitetinin “SABAH Magistratura” proqramının “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə təhsil alan tələbələr üçün 16 may tarixində “İnformasiya Texnologiyaları sahəsində müasir yeni ixtisaslar, onların əsas tətbiq və iş imkanları” mövzusunda təlim təşkil olunub.

Tehsil.biz xəbər verir ki, tələbələrin dərsdənkənar fəaliyyətləri çərçivəsində baş tutan təlimin qonağı ABB İnnovasiya Mərkəzinin rəhbəri Leyla Hacıyeva olub.

Təqdimat zamanı tələbələrə ABB İnnovasiya Mərkəzinin fəaliyyət istiqamətləri, göstərdiyi xidmətlər, ötən illər ərzində nailiyyətləri və uğur göstəriciləri barədə ətraflı məlumat verilib. Daha sonra tələbələrin ixtisaslaşmalarına uyğun ABB Tech Akademiyası tərəfindən təqdim edilən təlim proqramları və Akademiyanı bitirdikdən sonra qazanılan bilik və bacarıqların tətbiq oluna biləcəyi iş sahələrindən danışılıb.

İnteraktiv formada keçən təlimdə tələbələrlə müzakirələr aparılıb, onların sözügedən mövzu haqqında fikirləri öyrənilib. Tədbirin sonunda qonaq tələbələri ABB İnnovasiya Mərkəzinin müsabiqə və vakansiya elanlarını izləməyə və təqdim olunan imkanlardan yararlanmağa dəvət edib. 

Xəbər lenti