Logo

UNEC-də ingilis dilinin effektiv tədrisi mövzusunda onlayn təlim keçiriləcək

21.05.2022 10:02 341 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) beynəlxalq TESOL və biznes təlimçisi, ictimai natiq Jeyson Kostanzo tərəfindən ingilis dilinin effektiv tədrisi mövzusunda beynəlxalq elmi-praktik təlim keçiriləcək.

UNEC-dən bildirilib ki, Xarici dillər kafedrasının dosenti Sevinc Ələkbərzadənin təşkilatçılığı ilə keçirilən təlim Connect with your students. ESL Teacher Training" mövzusunda olacaq.

Təlim mayın 25-də UNEC-in feysbuk səhifəsində canlı yayımlanacaq.

Xəbər lenti