Logo

BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin qrup nümayəndələri ilə görüş keçirilib

21.05.2022 09:38 296 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin qrup nümayəndələri ilə növbəti görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, fakültə dekanı, dosent Mayis Əzizov yaz semestr sessiyasının yaxınlaşdığını, imtahanların yazılı formada keçirilicəyənin qərara alındığını bildirib.

Dekan çıxışında əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək məqsədilə yaradılan Təhsil Tələbə Krediti Fondunun fəaliyyətindən də söz açıb, ehtiyacı olan tələbələrin bu kreditə müraciət etmək imkanlarından bəhs edib.

Fakültənin Tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Elsevər İbadov ümumillikdə universitet daxilində, həmçinin imtahan prosesində nizam-intizam qaydalarına əməl olunmasının zəruriliyini önə çəkib.

Fakültənin Tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Xanlar Heydərov
tələbələrin imtahanlarla bağlı təlimatlarla tanış olmağın əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, akademik borcu olan tələbələrin təkrar imtahan qeydiyyatı, imtahanlarda otaq bölgüsü haqqında informasiyaları tələbələrin nəzərinə çatdırıb.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Xəbər lenti