Logo

“1984” romanının satışı qadağan edildi

20.05.2022 22:41 391 baxış
IMG

Belarusda Corc Oruellin "1984" romanının satışı qadağan edilib.

Tehsil.biz “Lenra.ru”ya istinadən xəbər verir ki, bu haqda hökumət sərəncam imzalayıb.

Sərəncama görə, bütün kitab mağazalarından “1984” romanının nüsxələri yığışdırılacaq.

Qadağaya səbəb kitabın təhlükəli olması ilə bağlıdır.

Xatırladaq ki, Oruellin 1984-cü il distopiyası, sakinlərin vətəndaş hüquqlarından və fərdiliyindən məhrum olduqları, hakimiyyətə tabe olmağa və Böyük Qardaş kultunu dəstəkləməyə məcbur olduqları totalitar cəmiyyəti təsvir edir. //Kulis.az

Xəbər lenti