Logo

Yaponiyanın “Hitachi Hightech” şirkəti tərəfindən şagirdlərə növbəti təlim dərsi keçirilib

20.05.2022 22:04 456 baxış
IMG

Mayın 20-də Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümü çərçivəsində Yaponiyanın ölkəmizdəki Səfirliyinin təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə “Hitachi Hightech” şirkəti tərəfindən növbəti “Təbiət Elmləri Təhsilinə Dəstək” təlim dərsi Şamaxı şəhəri E. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Sevinc Qasımova və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev çıxış edib. 

Təlimdə qeyd olunan məktəbin 7-ci sinif şagirdləri iştirak edib. Təlim zamanı şagirdlərə “Hitachi Hightech” şirkətinə məxsus 100 min dəfəyədək böyütmə gücü olan elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər nümayiş etdirilib, mikroskopun iş prinsipi izah edilib, şagirdlərə elektron mikroskopu uzaqdan idarə edərək müxtəlif nümunələrə baxmaq imkanı verilib.

Qeyd edək ki, “Hitachi Hightech” şirkəti tərəfindən ilk “Təbiət Elmləri Təhsilinə Dəstək” təlim dərsi 18 fevral 2022-ci il tarixində Bakı şəhəri  Kimya-biologiya təmayüllü Respublika Liseyində baş tutub. 

Xəbər lenti