Logo

“Tarix fakültəsinin tanınmış məzunları”: Fərid Şəfiyevin tələbələrlə görüşü - FOTO

20.05.2022 19:59 382 baxış
IMG

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin tələbələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, “Tarix fakültəsinin tanınmış məzunları” layihəsi çərçivəsində keçirilən görüşdə Fərid Şəfiyevin müəllifi olduğu “Rusiya-Sovet məskunlaşdırma siyasəti və Cənubi Qafqazda münaqişə” kitabı da təqdim olunub.

Görüşün moderatoru, Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov layihə haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Tarix fakültəsinin məzunlarının hazırda ölkənin ictimai-siyasi və elmi həyatında oynadığı əhəmiyyətli roldan bəhs edib. Daha sonra Fərid Şəfiyevin həyatı və fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verib.
Təqdimat mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev kitabın Cənubi Qafqaz regionunda baş verən prosesləri geniş şəkildə əhatə etdiyini və bu sahəni araşdıran tarixçilərin stolüstü kitabına çevriləcəyini bildirib. Rektor çıxışında Fərid Şəfiyevin BDU-nun Himayəçilər Şurasının ən fəal üzvlərindən biri olduğunu vurğulayıb, onun rəhbərlik etdiyi BMTM-in uğurlu və məsuliyyətli fəaliyyətindən bəhs edib.

Daha sonra çıxış edən BMTM İH sədri Fərid Şəfiyev tələbəlik illəri haqqında xatirələrini bölüşüb. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Zəfərindən sonra regionda yeni reallıqlar yaranıb. Bu reallıqlar Azərbaycan tarixçilərinin qarşısına da bir sıra öhdəlik və vəzifələr qoyur.

Görüşün sonunda Fərid Şəfiyev Tarix fakültəsinin tələbələrini maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti