Logo

Beynəlxalq konfransın iştirakçıları üçün Şuşa şəhərinə ekskursiya təşkil edilib - FOTO

20.05.2022 19:25 112 baxış
IMG

Beynəlxalq konfransın iştirakçıları üçün Şuşa şəhərinə ekskursiya təşkil edilib.

Tehsil.biz xəbər verir ki, Beynəlxalq konfransın bağlanış tədbirində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli  iki gün keçirilən tədbirin əhəmiyyətini qeyd edib. İştirakçılara təşəkkür edərək müzakirə olunan mövzuların perspektivliyini diqqətə çatdırıb. Qeyd edib ki, postmünaqişə mövzusu birgədüşünməyə vadar edir. Ümid edirəm ki, müzakirə edilən məsələlər öz müsbət nəticəsini verəcək.

Daha sonra qonaqlar üçün  Şuşa şəhərinə ekskursiya təşkil edilib. Qonaqlar şəhərin  dağıdılmış obyektləri, mədəni irs  nümunələrinə qarşı erməni vandalizminin şahidi olublar.  

Beynəlxalq konfrans çərçivəsində həmçinin mədəni proqram da təqdim olundu. Proqramda Azərbaycan xalq rəqsləri, muğam və xalq musiqisi nümünələri təqdim edilib. Xarici qonaqlar ölkəmizin zəngin mədəniyyəti ilə tanış olublar.

Xəbər lenti