Logo

ADU-da “Fransada təhsil və təqaüd imkanları” mövzusunda görüş keçirilib

20.05.2022 16:29 296 baxış
IMG

Azərbaycan Dillər Universitetində universitetin  Fransız dilinin fonetikası və qrammatikası kafedrasının təşəbbüsü ilə Campus France Agentliyinin nümayəndəsi Avqustin Ülo universitetin Filologiya fakültəsinin ikinci və üçüncü kurs tələbələri üçün “Fransada təhsil və təqaüd imkanları” mövzusunda görüş keçirilib.

Tehsil.biz xəbr verir ki, görüş zamanı Agentliyin nümayəndəsi Fransa təhsil sistemi, təqaüd proqramları və Fransa universitetləri haqqında ətraflı məlumat verib.  
Qonaqlar universitet tələbələrinin təhsil və təqaüd proqramları  ilə bağlı suallarını cavablandırıblar.

Qeyd edək ki, görüşdə həmçinin Avrasiya universitetinin fransız dili ixtisası üzrə təhsil alan tələbələri də iştirak ediblər.

Xəbər lenti