Logo

Rusiyalı müğənninin Bakı konserti ləğv edildi

19.05.2022 22:57 362 baxış
IMG

Rusiyanın məşhur müğənnisi, ermənipərəst mövqeyi ilə tanınan Lyubov Uspenskayanın Bakı konserti ləğv edilib.

Kulis.az Vesti.az-a istinadən xəbər verir ki, konsert oktyabrın 9-da Konqres zalında baş tutmalı idi.

Bakı sakinlərindən biri Azərbaycanın Mədəniyyət Nazirliyinə qarşıdan gələn konsertlə bağlı şikayət ərizəsi ilə müraciət edib və o, idarənin nümayəndələrinə Lyubov Uspenskayanın qızğın ermənipərəst mövqedən çıxış etdiyini, mediada və sosial şəbəkələrdə belə fikirlər səsləndirdiyini bildirib.

Xəbər lenti