Logo

Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsinin nəticələri elan edilib

19.05.2022 15:52 155 baxış
IMG

Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsinin nəticələri elan edilib.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, final mərhələsində iştirak edən 2253 məktəblidən 11-i qızıl, 19-u gümüş, 35 nəfər isə bürünc medal qazanıb.

İştirakçılar nəticələrini təhsil aldıqları məktəblərdən öyrənə bilərlər. Qaliblərin nəticələri olimpiada.edu.az saytında yerləşdirilib. Mayın 23-dən etibarən iştirakçılar portal.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq nəticələri ilə tanış ola biləcəklər.

Xəbər lenti