Logo

AzMİU-nun İnşaat Kollecində yeni laboratoriya açılıb

19.05.2022 15:16 112 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat Kollecində “Binaların xarici konstruksiyalarının istilik izolyasiyası” layihəsinin nəticəsi olaraq yeni laboratoriya açılıb.

Tehsil.biz xəbər verir ki, laboratoriya üçün 5 kompüter, 1 A3 formatlı rəngli printer və proyektor alınıb.

Laboratoriyanın açılışında AzMİU rektorunun müşaviri İlham Mərdanov, layihənin Azərbaycan üzrə koordinatoru, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov, İnşaat Kollecinin direktoru Namiq Ağamalıyev, kollecin əməkdaşları və tələbələr iştirak ediblər.

Qeyd edək ki, AzMİU ilə Gürcüstanın Enerji Səmərəliliyi Mərkəzi və “Knauf Marketing Baku” MMC arasında bağlanmış tərəfdaşlıq sazişi əsasında yerinə yetirilən layihə İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilib.

Xəbər lenti