Logo

UNEC-də psixoloji dəstək təlimləri təşkil edilir

19.05.2022 13:59 86 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə ölkənin tanınmış psixoloqları ilə silsilə görüşlər keçirilir.

UNEC-dən bildirilib ki, “Zorakı olmayan ünsiyyət”, “Stresi yaradan səbəblər və onların tələbələrin həyatına təsiri”, “Gənclərin gələcək karyera hədəflərinin təşkili, planlaşdırılması üsulları” mövzularını əhatə edən görüşlərin məqsədi tələbələrin tez-tez qarşılaşdıqları psixoloji narahatlıqlar, imtahan öncəsi stres, depressiya, diqqət dağınıqlılığı və digər neqativ psixoloji vəziyyətlərlə mübarizə aparmağa dəstək olmaq, həmçinin təhsil və karyera istiqamətində psixoloji vəziyyətlə bağlı maarifləndirmə işləri aparmaqdır.

Xəbər lenti