Logo

Bakıda məktəbində OLAY: şagird bıçaqlandı

19.05.2022 09:42 729 baxış
IMG

Bakıda məktəblərdən birində bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlan münaqişə zəminində 2008-ci il təvəllüdlü digər şagirdə bıçaqla xəsarətlər yetirib. Qol və bud nahiyəsindən xəsarətlər alan şagird xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti