Logo

ASAPES və Litva İdman Universiteti arasında Memorandum imzalanıb

18.05.2022 21:10 108 baxış
IMG

Mayın 18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Litva İdman Universitetinin (LSU) rektoru professor Diana Reklaytiyene ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüş zamanı qonağa ASAPES-in fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, daha sonra Elmi-tədris laboratoriyası və Multimedia mərkəzinə baxış keçirilib və Diana Reklaytiyene hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumatlandırılıb.

Litva İdman Universitetinin rektoruna ASAPES-də təlim-tədris fəaliyyəti barədə ətraflı məlumat verilib, tələbə mübadiləsi, ikili diplom proqramları, elmi-tədris fəaliyyətinin birgə və səmərəli təşkili məsələləri müzakirə olunub.

Görüşün sonunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Litva İdman Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb.

Xəbər lenti