Logo

Elnur Əliyev İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı nazirinin müşaviri ilə görüşüb - FOTO

18.05.2022 18:10 95 baxış
IMG

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı nazirinin müşaviri Əbuzər İbrahim Torkmanla görüşüb. 

Tehsil.biz xəbər verir ki, qonağı səmimi salamlayan E.Əliyev tarixən ölkələrimiz arasında mövcud olan və güclənən mədəni əlaqələrdən bəhs edib. Ədəbiyyat sahəsində olan mənəvi bağlardan danışıb.

Tərəflər dostluq, əməkdaşlıq münasibətinin bundan sonra da inkişaf etdiriləcəyinə inamlarını bildirərək, bu sahədə görülən işlər barədə fikir mübadiləsi aparıblar. 

Əbuzər İbrahim Torkman da öz növbəsində Mədəniyyət nazirliyinin rəhbərliyini İram İslam Respublikasına rəsmi səfərə dəvət etdikdən sonra Qarabağ, xüsusən Şuşada keçirilən mədəni, ədəbi tədbirləri dəstəklədiklərini vurğulayıb. Muzeylərin, kitabxanaların eləcə də digər mədəniyyət ocaqlarında aparılan bərpa və yenidənqurma işlərində yaxından iştirak etməyə hazır olduqlarını bildirib. 

Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.

Xəbər lenti