Logo

Litva Respublikasının Birinci xanımı UNEC-də olub - FOTOLAR

18.05.2022 15:18 127 baxış
IMG

Litva Respublikasının Birinci xanımı Diana Nauseda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Birinci xanım Diana Nauseda UNEC şəhidlərinin Memorial Kompleksini ziyarət edib, Ekstern Mərkəzi və Bloomberg laboratoriyası ilə tanış olub. Birinci xanıma Ekstern mərkəzi və laboratoriyanın fəaliyyəti, eləcə də UNEC-in təhsil imkanları, beynəlxalq əlaqələri, Litva ali təhsil müəssisələri ilə ikili diplom və mübadilə proqramları barədə ətraflı məlumat verilib. Xanım D.Nauseda UNEC tələbələri ilə də görüşüb.

Sonra 1909-1920-ci illərdə ölkəmizdə ilk konsul olmuş litvalı yazıçı Vintsas Krevenin adına UNEC-də yaradılan auditoriyanın və barelyefin açılışı olub.

Xəbər lenti