Logo

Dövlət İmtahan Mərkəzi tərəfindən təlim təşkil olunub - FOTOLAR

18.05.2022 13:34 112 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 17 may 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əməkdaşlarına “Korrupsiyaya qarşı mübarizə və Dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlim zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları, etik davranış qaydalarının əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri barədə təlim iştirakçılarına məlumat verilib. Təlimdə həmçinin korrupsiya ilə mübarizə və etik davranış qaydaları mövzusunda keyslər həll edilib. Təlimin sonunda korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik davranış qaydaları mövzusunda təlim iştirakçılarının sualları cavablandırılıb.

Təlim Mərkəzin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən keçirilib. Ümumilikdə təlimdə 17 dövlət qulluqçusu iştirak edib.

1

1

1

1

Xəbər lenti