Logo

Modul tipli məktəblərin sayı artırılır

17.05.2022 22:17 317 baxış
IMG

2022-ci ildə Bərdə rayonunun Qaratəpə kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması nəzərdə tutulur. Məktəbin quraşdırılmasına 207 min manat ayrılıb.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” 2022-ci il 16 may tarixli Sərəncamında öz əksini tapıb.

Qeyd edək ki, Sərəncama əsasən, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində nəzərdə tutulmuş 5 milyon manat bu Sərəncamın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncama əlavədə 15 modul tipli məktəbin quraşdırılması üçün nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti