Logo

ADPU-nun Psixoloji klubu elmi seminar təşkil edib

17.05.2022 16:00 544 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Psixoloji klubunun üzvləri Şamaxı və İsmayıllı şəhərlərinə, o cümlədən Lahıc qəsəbəsinə səyahət edərək təmiz havada elmi seminar-treninqlər təşkil ediblər.

Tehsil.biz xəbər verir ki, seminar klubun koordinatoru professor Elmar Hüseynovun rəhbərliyi ilə keçirilib.

Tədbirdə “PsyCare” peşəkar psixoloji xidmətlər mərkəzinin korreksiyaedici psixoloqu Aynur Əliyevanın və “NM” psixoloji və nitq inkişaf mərkəzinin rəhbəri, peşəkar defektoloq-loqoped Şəhla Əliyevanın iştirakı ilə mütəxəssislər öz təcrübə və biliklərini gənc psixoloqlarla bölüşüb, müasir praktiki psixologiya texnikaları haqqında məlumat veriblər.

Xəbər lenti