Logo

Bu gün magistraturaya sənəd qəbulu başa çatır

17.05.2022 09:51 444 baxış
IMG

Magistraturaya sənəd qəbulu bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu mayın 10-dan başlayıb və 17 may 23:59-dək davam edəcək.

17 may saat 09.35-ə olan məlumata əsasən, 11991bakalavr (Azərbaycan bölməsi - 11109 ; rus bölməsi - 882 ) ərizəsini təsdiq edib. Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə aşağıdakı linkə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

İmtahan 2022-ci il mayın 29-da keçiriləcək.

Xəbər lenti