Logo

BDU tələbələri “Bakı Marafonu-2022”də iştirak ediblər - FOTO

17.05.2022 00:01 458 baxış
IMG

Bakı Dövlət Universitetinin tələbələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2022”də iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən marafona 700-dən çox BDU tələbəsi qatılıb. 21 kilometrlik məsafəni əhatə edən marafonda tələbələrimiz aktiv iştirak edərək, finiş xəttinə çatıblar.

Finiş xəttini ilk minlikdə keçən tələbələr “Bakı Marafonu-2022”nin xüsusi medalları ilə təltif olunublar.

2016-cı ildən təşkil edilən Bakı Marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. Beşinci dəfə baş tutan marafonda 15 minədək iştirakçı yarışıb.

Xəbər lenti