Logo

Mədəniyyət və İncəsənət Universitetində təkrar ali təhsil üçün sənəd qəbulu davam edir

16.05.2022 16:22 392 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2022/2023-cü tədris ilində müəyyən ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün qəbul elan edir.

ADMİU-dan bildirilib ki, qəbul aktyor sənəti, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist), dekorativ-tətbiqi sənət (bədii xalça, bədii toxuculuq),

dizayn (geyim dizaynı, interyer dizaynı, sənaye dizaynı, qrafik dizayn), instrumental ifaçılıq (fortepiano, skripka, viola (alt), gitara, klarnet, saksofon, zərb alətləri), xalq çalğı alətləri ifaçılığı (tar, kamança, saz, qanun, nağara, balaban), musiqişünaslıq, muzey, arxiv işi və abidələrin qorunması, operator sənəti, populyar musiqi və caz ifaçılığı (estrada sənəti), qrafika, rejissorluq, rəngkarlıq, sənətşünaslıq (sahələr üzrə), təsviri sənətin tarixi və nəzəriyyəsi, teatrşünaslıq, kinoşünaslıq, vokal sənəti (xanəndə), musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, kitabxanaçılıq və informasiya fəaliyyəti, sosiologiya, sosial iş, turizm bələdçiliyi və turizm işinin təşkili ixtisasları üzrə aparılır. Tədris Azərbaycan və rus dillərindədir.

ADMİU-da təkrar ali təhsil almaq istəyənlər sənədləri şəxsən təqdim etməli və ya elektron (skan edilmiş PDF formatında) qaydada [email protected] ünvanına göndərməlidir. Ərizə formasını ADMİU-nun saytındakı link vasitəsilə yükləmək olar. Sənəd qəbulu sentyabrın 1-dək aparılır.

1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomlarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

Təkrar ali təhsil haqqında ətraflı məlumat ADMİU-nun saytında yerləşdirilib.

Xəbər lenti