Logo

AMEA-nın Elektron Elm Mərkəzi inşa olunacaq

16.05.2022 15:30 141 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elektron Elm Mərkəzi inşa olunacaq.

Akademiyadan APA-ya verilən xəbərə görə, Elektron Elm Mərkəzinin yaradılması ilə əlaqədar olaraq AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov müvafiq alim və mütəxəssislərin iştirakı ilə İnformasiya Texnologiyaları İnstitutunda Elektron Elm Mərkəzinin binasının inşası məsələlərinə həsr olunmuş səyyar müşavirə keçirib.

Səyyar müşavirədə AzScienceNet elm kompüter şəbəkəsinin, e-elmin maddi-texniki bazasının və onların fəaliyyət göstərəcəyi işçi yerlərin, həmçinin, e-elmin zəruri funksiyalarını həyata keçirəcək struktur bölmələrinin yaradılması üçün əlavə istehsal sahələrinin inşası zərurətinin meydana çıxdığını, bu məqsədlə xüsusi tələblərə cavab verən Elektron Elm Mərkəzinin təşkilinə ciddi ehtiyac yarandığı vurğulanıb.

Akademik Arif Həşimov Elektron Elm Mərkəzinin inşası üçün layihələndirmə işlərinin aparıldığını, müvafiq qurumlardan razılıqların əldə olunduğunu, bu istiqamətdə tələb olunan tədbirlərin həyata keçirildiyini qeyd edib.

Xəbər lenti