Logo

Magistraturaya sənəd qəbulu başa çatır

16.05.2022 10:43 107 baxış
IMG

Magistraturaya sənəd qəbulu sona yaxınlaşır.

Tehsil.biz xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu 17 may saat 23:59-dək davam edəcək.

Bu gün saat 09:35-ə olan məlumata əsasən 8091 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 7492 ; rus bölməsi - 599 ).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

İmtahan 2022-ci il mayın 29-da keçiriləcək.

Xəbər lenti