Logo

AƏSMA-nın dosenti Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib - FOTOLAR

14.05.2022 18:47 464 baxış
IMG

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının "HİH və sosial fənlər" kafedrasının dosenti Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib. 

Antalya böyük şəhər bələdiyyəsi tərəfindən 6-8 may 2022-ci il tarixlərində Uluslararası Antalya Yörük və  Türklük Araşdırmaları Elm və Sənət Qurultayı keçirilib. Antalyada baş tutan Qurultayda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,  Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyası ilə əlaqələr üzrə müavini, dos. Faiq Ələkbərli də iştirak edib.

Bu barədə mətbuata verdiyi açıqlamasında Faiq Ələkbərli bildirib ki,  Qurultaya Türk Dünyasının bir çox elm adamları da dəvət alıblar.

Belə ki, Qurultayda Qazaxıstan, Qırğızıstan, Azərbaycan,  Özbəkistan və digər Türk dövlətlərinin elm insanları (prof. dr. Ahmet Bican Ercilasun, doç.dr. Önder Bilgin, prof. Abdullah Temizkan, doç.dr. Kayrat Belek, prof. Ahmet Aksoy, prof.  Mustafa Aksoy və b.) maraqlı məruzələrlə çıxış ediblər.

Qurultayda "Türk aydınların düşüncəsində Turançılıq və İrançılıq" mövzusunda məruzə edən Ələkbərli bildirib ki, çağdaş dövrdə Turançılıq və İrançılıq düşüncələrinin formalaşması təsadüfi olmamışdır.

Onun sözlərinə görə,  Türk xalqları haqqında formalaşdırılan köçəri xalq, bunun əvəzində iranlılarla bağlı əkinçi anlayışlarının yenidən araşdırması vacib məsələdir.

Xəbər lenti