Logo

UFAZ-da “Açıq qapı” günü olacaq

14.05.2022 16:30 470 baxış
IMG

Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) valideynlər və abituriyentlər üçün “Açıq qapı” günü keçiriləcək.

UFAZ-dan bildirilib ki, tədbirdə Azərbaycan-Fransız Universitetinə qəbul prosesi və təhsil müəssisəsində tədris proqramları barədə məlumat veriləcək, abituriyentin və onların valideynlərinin sualları cavablandırılacaq.

Qeyd edək ki, UFAZ-da bütün ixtisaslar üzrə tədris 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda, intensiv fransız dili dərsləri keçirilir. Tədris fransız proqramı əsasında aparılır.

Xəbər lenti