Logo

Riyaziyyat, fizika və biologiya üzrə fənn olimpiadalarının final turu keçirilib

14.05.2022 15:48 120 baxış
IMG

Mayın 14-də riyaziyyat, fizika və biologiya fənləri üzrə respublika fənn olimpiadalarının final turu baş tutub.

Tehsil.biz xəbər verir ki, müvafiq fənlər üzrə final turunda 300-ə yaxın şagird iştirak edib. Riyaziyyat və biologiya fənləri üzrə şagirdlərə 3 saat, fizika fənni üzrə isə 4 saat vaxt verilib.

Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr olimpiada.edu.az saytında elan ediləcək.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.

Xəbər lenti