Logo

Abdulla Şaiq adına Dövlət Kukla Teatrına məktəblilərin ekskursiyası - FOTOLAR

14.05.2022 15:29 151 baxış
IMG

“Məktəblinin dostu” layihəsinin və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının  birgə təşkilatçılığı ilə Bakı şəhəri 286 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdlərinin teatra ekskursiyası baş tutub. 

Tehsil.biz xəbər verir ki, şagirdlər əvvəlcə  A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında hazırlanmış “Qızıl balıq” tamaşasını izləyiblər. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

Tamaşadan sonra şagirdlər teatr binasını gəzərək kulisdə baş verənlər, oyuncaqların hazırlanma prosesi, qrim və geyim otaqları, ümumilikdə səhnəyə qədər olan hazırlıq prosesi, həmçinin tamaşanın ərsəyə gəlməsində iştirak edən heyətlə tanış olublar.

Daha sonra Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Saida Haqverdiyeva şagirdlərə teatra niyə getməliyik, teatrda etik davranış qaydaları, teatrın uşaqların həyatında, dünyagörüşünün formalaşmasında rolu haqqında  seminar keçib və onların suallarını cavablandırıb.

Xəbər lenti